Azərbaycanın Müdafiə Nazirliyi ölkənin müdafiə qabiliyyətinin artırılması üzrə görülən işlərin yekunlarını açıqlayıb.
Oxu.Az abc.az-a istinadən xəbər verir ki, nazirlik 2013-cü ilin əvvəlinə Azərbaycanın Britaniya Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun məlumatlarına əsasən silah sistemləri üzrə Ermənistanı xeyli arxada qoyduğunu bəyan edib.
Belə ki, tank və döyüş təyyarələri üzrə fərq 3 dəfə, tank əleyhinə sistemlər üzrə 10 dəfə təşkil edir (Azərbaycanın xeyrinə - red.).
Nazirlik hərbi balansdakı bu dəyişikliyi Azərbaycan prezidenti İlham Əliyevin 10 illik siyasətinin həyata keçirilməsi ilə əlaqələndirir.
Hərbi idarə qeyd edir ki, hələ 2003-cü ildə ölkənin 160 milyon dollar təşkil edən müdafiə xərcləri 2013-cü ildə 3,73 mlrd. dollara çatıb.