Bakıda 4 gün öncə dənizdə batan Azərbaycan ordusunun zabitinin cəsədi tapılıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin zabiti, 1984-cü il təvəllüdlü baş leytenant Elçin Nazim oğlu Qədimovun cəsədi ötən gün axşam Xəzər Dənizinin Zirə qəsəbəsində keçən hissəsində Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən tapılıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiq ediblər.
Qeyd edək ki, E.Qədimov avqustun 19-u Xəzərdə balıq tutarkən dənizdə batıb.
Onun meyitinin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunmuşdur.
Mövzu ilə əlaqədar: http://www.oxu.az/politics/3230