İnşaat bölməsində çalışanların sayı 8,4 faiz artıb.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsindən bildirilənə görə, bu ilin yanvar-aprel aylarında inşaat bölməsində çalışan işçilərin orta siyahı sayı 94 min nəfər olub.
Tikinti sektorunda çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,8 faiz artaraq 613 manat təşkil edib.
İxtisaslaşdırılmış tikinti işlərində işləyən işçilərin əmək haqları 14,7 faiz, mülki təyinatlı inşaat işlərində işləyən işçilərin isə 3,6 faiz artıb.