Cəlilabadda məktəb gözətçisi aldığı bıçaq yaralarından dünyasını dəyişib.
Oxu.Az xəbər verir ki, bu barədə azadliq.info-ya Cəlilabaddakı mənbə məlumat verib.
Məlumatda deyilir ki, rayonun 8 saylı məktəbində təxminən 15 gün qabaq 10-cu sinif şagirdlərindən biri 1976-cı il təvəllüdlü gözətçi Şəmsəddin Məlikovu bıçaqlayıb.
Şagird ona 15 bıçaq zərbəsi vurub. Gözətçi aldığı bıçaq yaraları ilə xəstəxanaya yerləşdirilib. Onun elə xəstəxanada dünyasını dəyişdiyi deyilir.