2014-cü ilin ötən dövrü ərzində 5401 sahibkara 280 milyon manat güzəştli kredit verilib, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 12 000-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verib.
Oxu.Az xəbər verir ki, bu sözləri bu gün İsmayıllıda keçirilən işgüzar forumda Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev deyib.
Onun sözlərinə görə, indiyədək Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1446 investisiya layihəsinin maliyyələşdirilməsinə 54,7 milyon manat güzəştli kredit verilib, 5100-dən çox yeni iş yerinin açılması imkanı yaradılıb.