Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
İpoteka kağızları elektronlaşdırılır
İpoteka kağızlarının elektronlaşdırılması üçün “İpoteka haqqında” qanuna dəyişiklik edilir.
Oxu.Az xəbər verir ki, müvafiq qanun layihəsi Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub.
Layihə “Azərbaycanda ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” ölkə prezidentinin 22 iyun 2016-cı il tarixli fərmanının 9.2. bəndinin icrası, habelə bu sahədə məmur-vətəndaş təmasının minimum səviyyəyə endirilməsi, şəffaflığın artırılması, sağlam və təhlükəsiz elektron informasiya mübadiləsinin təmin edilməsi məqsədi ilə hazırlanıb.
Dəyişikliklər daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının qeydiyyatının və dövriyyəsinin elektron qaydada təşkili ilə bağlı müddəaların hüquqi əsasının formalaşdırılmasını, həmçinin ipoteka kağızının tərtib olunmasını, ipoteka qoyan tərəfindən imzalanmasını, onun notarial qaydada təsdiqlənməsini və digər prosedurların elektron qaydada həyata keçirilməsini nəzərdə tutur.
Kamil HƏMZƏOĞLU
www.oxu.az
"Azərbaycan" teqi üzrə xəbərlər
- Yaşar Güler: "Qafqazda sabitlik Azərbaycan-Ermənistan sülh sazişi vasitəsilə əldə olunacaq"
- NATO nümayəndələri Bakıya səfərə gəliblər
- İran və Azərbaycan birgə hərbi təlimlərə başladılar
- COP29-da tərəflər 300 milyard dollar vəsaitin ayrılmasına dair RAZILAŞMA ƏLDƏ EDİBLƏR
- Marina Silva: "İqlim maliyyəsi həssas ölkələrə güzəşt deyil, iqlimlə mübarizə üçündür"