2015-ci ilin fevral ayında 14 milyon manat məbləğində ipoteka krediti verilib. 2015-ci ilin yanvar ayında bu göstərici 4,2 milyon manat idi.
Bu barədə Oxu.Az-a Mərkəzi Bankdan məlumat verilib.
Bankın məlumatına görə, kreditlərin orta illik faiz dərəcəsi bir ayda dəyişməz olaraq qalıb - 6,77%. Kreditlərə görə aylıq ödəniş məbləği 0,3 manat azalaraq 297,1 manat təşkil edib. Kreditlərin müddəti artaraq 279 ay olub.
www.oxu.az