2015-ci il martın 1-nə banklar və bank olmayan kredit təşkilatları tərəfindən Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 20 milyard 697,2 milyon manat təşkil edib ki, bu da 2015-ci ilin yanvar ayına olan göstəricidən 11,4 % çoxdur.
Bu barədə Oxu.Az-a Mərkəzi Bankdan (AMB) məlumat verilib.
Martın 1-nə dövlət payına malik olan banklar tərəfindən 7 milyard 438,7 milyon manat (artım 21,1%) və ya bütün kreditlərin 35,9%-i, özəl banklar tərəfindən 12 milyard 699,1 milyon manat (artım 7%) və ya bütün kreditlərin 61,4%-i həcmində kredit verilib. Qalan məbləğ bank olmayan kredit təşkilatlarının payına düşür.
Martın əvvəlinə verilmiş kreditlərin ümumi həcmindən 12 milyard 319,4 milyon manat (azalma 8,8%) milli valyuta, 8 milyard 377,8 milyon. manat (artım 66,3%) xarici valyuta ilə verilib.
2015-ci ilin mart ayının 1-nə olan vəziyyətə görə, bankların kredit qoyuluşlarının strukturunda 2 mlrd. 971,3 milyon manat (bütün kreditlərin 14,8%-i) ticarət və xidmət sahələrinin, 269,4 milyon manat (1,3%) energetika, kimya və təbii ehtiyatlar sektorunun, 936,4 mln. manat (4,8%) kənd təsərrüfatı və emal sahələrinin, 2 milyard 846,9 mln. manat (14,6%) tikinti və daşınmaz əmlak sahələrinin, 2 milyard 248,1 milyon manat (11,5%) sənaye və istehsal sektorunun, 831,8 milyon manat (4,3%) nəqliyyat və rabitə sahələrinin, 8 milyard 416,7 milyon manat (43%) ev təsərrüfatı sahəsinin, qalan məbləğ isə digər sektorların payına düşüb.
Qeyd edək ki, fevralın 21-də Mərkəzi Bank manatın devalvasiyasını həyata keçirib.
http://www.cbar.az/assets/3573/Bulleten-2015_fevral_-_sayt.pdf
http://www.cbar.az/assets/3577/Bulleten-2015_fevral_-_sayt.pdf