Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Bakıda İtki və Zərərə cavab verən Fondun İdarə Heyətinin üçüncü iclasının ilk günü başa çatıb
Sentyabrın 18-də Bakıda İtki və Zərərə cavab verən Fondun İdarə Heyətinin 3-cü iclasının ilk günü başa çatıb. İqlim dəyişikliyinin mənfi təsirlərinə qarşı xüsusi həssas, inkişaf etməkdə olan ölkələrə yardım məqsədilə təsis edilmiş Fondun yaradılması barədə qərar COP27, işə salınması ilə bağlı qərar COP28-də qəbul edilsə də Fond əməli fəaliyyətə başlamayıb.
"Trend" xəbər verir ki, Azərbaycanın İdarə Heyətinin 3-cü iclasına BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində ev sahibliyi etməsi Fondun əməli fəaliyyətə başlaması istiqamətində tarixi əhəmiyyət daşıyır.
Bu, eyni zamanda, ölkəmizə olan inam və etimadın göstəricisi olmaqla yanaşı, ölkəmizin iqlim dəyişmələri ilə mübarizə məsələlərinə verdiyi önəmin və bu xüsusda, inkişaf etməkdə olan dövlətlərə, o cümlədən, kiçik ada dövlətlərinə ayırdığı diqqətin nəticəsi kimi qiymətləndirilir. Bu tədbirin ölkəmizdə təşkili, həmçinin Azərbaycanın qlobal səviyyədə bir oyunçu olaraq geosiyasi əhəmiyyətini artırır və mövqelərini gücləndirir.
İdarə Heyətinin 3 günlük iclasında Fondun Dünya Bankı sistemində maliyyə fondu statusu əldə etməsi və tam əməli fəaliyyətə başlaması ilə bağlı əhəmiyyətli qərarların qəbul edilməsi gözlənilir. İclas zamanı, həmçinin Fondun İcraçı direktorunun təyin olunması nəzərdə tutulur.
Bundan əlavə, İdarə Heyətinin 3-cü iclasında COP29 çərçivəsində Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti zamanı ölkəmizdə rəsmi başlanılması nəzərdə tutulan İtki və zərər üzrə maliyyə mexanizmlərinə dair Yüksək Səviyyəli Dialoq ilə bağlı vacib məqamlar müzakirə edilir.
İclasda açılış nitqi ilə çıxış edən COP29-un müəyyən olunmuş Prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev iqlim dəyişikliyi ilə mübarizədə qlobal həmrəyliyin vacibliyinə və səylərin artırılmasına, eləcə də Fondun əməli fəaliyyətə başlamasının zəruriliyinə diqqət çəkib.
Qeyd edək ki, iclasa inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr, BMT və digər beynəlxalq təşkilatlar, Dünya Bankı, beynəlxalq qeyri-hökumət təşkilatları və həmfikir qruplardan ümumilikdə 200-ə yaxın nümayəndə qatılıb.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev qeyd edib ki, istər COP27, istərsə də COP28-də iştirakçılar iqlim dəyişikliyinə qarşı mübarizə yollarını axtarıb. Bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflər Konfransının 29-cu sessiyası da eyni məqsədlərə xidmət edəcək.
İclasda çıxış edən COP29 prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev qeyd edib ki, istər COP27, istərsə də COP28-də iştirakçılar iqlim dəyişikliyinə qarşı mübarizə yollarını axtarıb. Bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflər Konfransının 29-cu sessiyası da eyni məqsədlərə xidmət edəcək.
"COP29-da biz Paris Sazişinin bütün bəndləri üzrə irəliləyiş əldə etməyə çalışacağıq, Bununla biz əvvəlki COP-ların uğurlarına əsaslanacaq və BƏƏ Konsensusunun nəticələrinin həyata keçirilməsinə kömək edəcəyik.
Biz həm də itki və ziyanla bağlı irəliləyiş əldə etməliyik, çünki iqlim dəyişikliyinin yaratdığı dağıntılar artıq bir çox insan tərəfindən hiss olunur. COP27 və COP28-in uğurlarına əsaslanaraq, biz itkilərə və zərərlərə cavab vermək üçün fondu tam şəkildə işə salmalıyıq. Biz tez-tez bu tapşırığın nə qədər aktual olduğunu xatırladırıq. Bu hadisələr həm də əhəmiyyətli iqtisadi xərclərə malikdir. Bu, çox vaxt ödəmə qabiliyyəti zəif və iqlim dəyişikliyinə təsiri çox az olanlara tətbiq edilir.
Elan etdiyimiz kimi, bu sahədə işlərin inkişafı üçün liderlər səviyyəsində dialoqlara ev sahibliyi edəcəyik. Biz ümumi itki və zərər mənzərəsi daxilində koordinasiyanı dəstəkləməyə davam edəcəyik.
İtki və Zərərin aradan qaldırılması üçün Fondun yaxın günlərdə tam icrası istiqamətində addımlar ata biləcəyimizə ümid edirik.
COP29-un başlamasına cəmi 54 günümüz var. Dünyadakı icmalar irəliləyiş əldə etmək üçün bizə ümid edir. Təcili və qətiyyətlə birlikdə irəliləyək",- deyə M.Babayev əlavə edib.
İqlim dəyişikliyinin mənfi təsirlərinə xüsusi həssas olan inkişaf etməkdə olan ölkələrə yardım məqsədilə yaradılmış İtki və Zərərə Cavab Fondunun İdarə Heyətinin 3-cü iclası sentyabrın 18-də Bakıda öz işinə başlayır.
"Report" xəbər verir ki, tədbirə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr, BMT və digər beynəlxalq təşkilatlar, Dünya Bankı, beynəlxalq qeyri-hökumət təşkilatları və həmfikir qruplardan ümumilikdə 200-ə yaxın nümayəndə qatılıb.
İclas zamanı Fondun İcraçı direktorunun təyin olunması nəzərdə tutulur. Toplantıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) çərçivəsində Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti zamanı rəsmi başlanılması nəzərdə tutulan İtki və zərər üzrə maliyyə mexanizmlərinə dair Yüksəksəviyyəli Dialoq ilə bağlı vacib məqamlar müzakirə ediləcək.
"Birləşmiş Millətlər Təşkilatı (BMT)" teqi üzrə xəbərlər
- Azərbaycanın daimi nümayəndəsi BMT Baş katibini mina çirklənməsi probleminə diqqət yetirməyə çağırıb
- COP29 ərəfəsində 200-ə yaxın nəzarətdə olan media qurumu Azərbaycanla bağlı neqativ məlumat yayıb
- Qalib xalqın, qalib dövlətin rəhbəri: Bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətidir
- Leyla Əliyeva Keniya prezidenti ilə görüşüb
- Azərbaycanın D8-ə üzvlüyü: Yeni dünyanın qurulmasına qatılmaq üçün etimad