Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

İqlim problemləri ilə mübarizədə süni intellektin rolu müzakirə edilib
Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) altıncı günündə Yaşıl Zonada "Süni intellekt və inkişaf edən texnologiyalar: İnnovasiyalar vasitəsi ilə dayanıqlı gələcəyin təmin olunması" adlı tədbir keçirilib.
Oxu.Az xəbər verir ki, tədbirdə çıxışçılar iqlim problemləri ilə mübarizədə və qlobal dayanıqlılığın artırılmasında süni intellektin və inkişaf etməkdə olan texnologiyaların transformativ rolu haqqında danışıblar.
Qeyd olunub ki, texnologiyalar bizneslərin, hökumətlərin və fərdlərin məsuliyyətli resurs idarəçiliyinə yanaşma tərzini yenidən formalaşdırdığı bir vaxtda müzakirələr resurs səmərəliliyini artırmaq, tullantıları minimuma endirmək və aşağı karbonlu iqtisadiyyata keçidi sürətləndirmək baxımından süni intellektin misilsiz potensialına yönəldiləcək.
Daha çox foto burada: PhotoStock.az
Xanım Aydın
"COP29" teqi üzrə xəbərlər
- İlham Əliyev: "Qlobal Cənub dünyanın ən zəngin ölkələrindən daha çox dəstək gözləyir"
- Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
- COP29 Sədrliyi Dünya Hökumət Sammitində iştirak edib
- Cənubi Qafqazın ən böyük külək parkı - "Yeni Yaşma"
- Araz Məmmədzadə: "İşğaldan azad olunmuş ərazilərdə 20 ədəd EDM quraşdırılıb "