Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

İqtisadiyyat naziri pakistanlı general-leytenantla görüşüb
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Pakistana səfəri çərçivəsində bu ölkənin Xüsusi İnvestisiyaların Asanlaşdırılması Şurasının milli koordinatoru, general-leytenant Sarfaraz Əhməd ilə görüşüb.
Oxu.Az xəbər verir ki, o bu barədə özünün "X" hesabında paylaşım edib:
"Görüş zamanı ölkələrimizin biznes tərəfdaşlığının şaxələndirilməsi, işgüzar dairələr arasında işbirliyinin dəstəklənməsi, enerji, infrastruktur, mədənçilik və digər sahələrdə yeni investisiya layihələrinin icrası, həmçinin sərmayələrin artırılması imkanları barədə fikir mübadiləsi apardıq".
Pakistana səfərimiz çərçivəsində bu ölkənin Xüsusi İnvestisiyaların Asanlaşdırılması Şurasının milli koordinatoru, general-leytenant Sarfaraz Əhməd ilə görüşmək xoş oldu. Ölkələrimizin #biznes tərəfdaşlığının şaxələndirilməsi, işgüzar dairələr arasında işbirliyinin dəstəklənməsi,… pic.twitter.com/xpz5TBZMHf
— Mikayil Jabbarov (@MikayilJabbarov) April 8, 2025
"Mikayıl Cabbarov" teqi üzrə xəbərlər
- Mikayıl Cabbarov Gert Yan Koopman ilə görüşüb
- Mikayıl Cabbarov Heydər Əliyevin 102 illiyi ilə bağlı paylaşım edib
- Vergi ödəyiciləri üçün nağdsız aparılmalı olan ƏDV hesablaşmalarına dəyişiklik edilib
- Mikayıl Cabbarov Zou Jiayi ilə videokonfrans formatında görüşüb
- Mikayıl Cabbarov Eddi Pirard ilə görüşüb