Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

İqtisadiyyat naziri: "Qlobal qalıq yanacaq subsidiyaları 7 trilyon dollara çatıb"
"Beynəlxalq Valyuta Fondunun 2023-cü il hesabatına əsasən, qlobal qalıq yanacaq subsidiyaları 7 trilyon dollara çatıb, bu da qlobal ümumi daxili məhsulun təxminən 7,1%-ni təşkil edir".
"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakı İqlim Fəaliyyəti Həftəsində bildirib.
"Bu əhəmiyyətli sərmayə, yalnız qalıq yanacaqlardan davamlı asılılığımızı vurğulamır, həm də davamlı enerji həllərinə keçidin əsas maneəsini yaradır. Təsəvvür edin ki, bu subsidiyaların yalnız bir hissəsi bərpaolunan enerji, yaşıl texnologiyalar və iqlimə davamlılıq təşəbbüslərinə yönəldilərsə, transformasiya imkanları necə genişlənəcək. Bu resurslarla təmiz enerjiyə doğru hərəkəti sürətləndirilməklə yanaşı, innovasiyalar stimullaşdırıla və yaşıl iqtisadiyyatda milyonlarla yeni iş yeri yaradıla bilər. Müsbət dəyişiklik potensialı böyükdür və bundan daha davamlı bir gələcək üçün istifadə etməyin vaxtıdır", - deyə o qeyd edib.
"Mikayıl Cabbarov" teqi üzrə xəbərlər
- Mikayıl Cabbarov Avropa çempionatında uğur qazanmış güləşçilər və onların məşqçiləri ilə görüşüb
- Mikayıl Cabbarov Oleq Skufinskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
- Mikayıl Cabbarov: "Azərbaycan güləşi dünyanın ən böyük arenalarında sözünü deməyə qadirdir"
- Ələt Azad İqtisadi Zonası ilə bağlı yaradılmış İşçi Qrupun ikinci iclası keçirilib
- Azərbaycanla Pakistan arasında iqtisadi əlaqələrin gücləndirilməsi müzakirə olunub