Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

İqtisadiyyat Nazirliyi elektron pul təşkilatları ilə bağlı qərar qəbul edib
İqtisadiyyat Nazirliyinin Kollegiyası “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun 14-cü maddəsinə uyğun olaraq, elektron pul təşkilatları tərəfindən hüquqi şəxslərə, xarici hüquqi şəxslərin yerli filiallarına və fərdi sahibkarlara açılmış ödəniş hesabları haqqında məlumat forması”nı təsdiq edib.
Bununla bağlı nazir Mikayıl Cabbarov yeni qərar imzalayıb.
Qərara əsasən, məlumat forması ödəniş hesabları açıldığı tarixdən bir iş günü müddətində elektron qaydada nazirlik yanında Dövlət Vergi Xidmətinə təqdim ediləcək.
Nazirliyin Hüquq şöbəsinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün üç gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.
"Dövlət Vergi Xidməti (Vergilər Nazirliyi)" teqi üzrə xəbərlər
- "Azərlotereya" ən çox vergi ödəyən şirkətlər arasında: 92.4 milyon manat
- Mikayıl Cabbarov vergi orqanlarının əməkdaşları ilə görüşüb
- Xidmət rəisi: "ƏDV geri al" layihəsi hesabına dövriyyələrin artımı sürətlənib"
- Orxan Nəzərli: "ƏDV ödəyicilərinin sayında üç dəfəyə yaxın artım var"
- Şahin Bağırov: "Kölgə iqtisadiyyatının qarşısının alınması istiqamətində ciddi addımlar atılıb"