Azərbaycan respublikası prezidentinin 3 fevral 2016-cı il tarixli "Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında" Fərmanının icrası olaraq, İqtisadiyyat Nazirliyində Apellyasiya Şurası yaradılıb.
Bu barədə Oxu.Az-a İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda qeyd olunub ki, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun rəhbərlik etdiyi və 7 nəfərdən ibarət Apellyasiya Şurasına nazirliyin strukturuna aid olan və tabeliyindəki qurumların məsul əməkdaşları daxildir.