Büdcə investisiyaları Azərbaycanda investisiya proseslərinin əsasını təşkil etməyə davam edir.
Oxu.Az Abc.az-a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin 1 iyuna olan məlumatına görə 2156,2 milyon manat dəyərində büdcə investisiyası həyata keçirilib.
“Onların illik həcmi 5339 milyon manat təyin edilib”, - Dövlət Statistika Komitəsi bildirib.
Başqa sözlə, dövlət artıq cari il üçün planlaşdırılmış investisiya payının 40,4%-ni yatırıb.
“Yalnız yanvar-may ayı üçün Azərbaycan iqtisadiyyatına 6,1 milyard manat investisiya yatırılıb, bu isə 2013-cü ilin analoji dövrü üçün göstəricidən 6% artıqdır”, - məlumatda deyilib.
Başqa sözlə desək büdcə investisiyaları hesabat dövründə iqtisadiyyata yatırılan investisiyanın 35,3%-ni təşkil edib.