2015-ci il mayın 1-nə banklar və bank olmayan kredit təşkilatları (BOKT) tərəfindən Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 20 milyard 004.8 miyon manat təşkil edib. Bu da 2015-ci il aprelin 1-nə olan göstəricidən 68 milyon manat və ya 0.34 % azdır.
Bu barədə Oxu.Az-a Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Bank bildirir ki, 2015-ci il yanvarın 1-nə olan məlumata görə, kredit qoyuluşu 18 milyard 017.4 milyon manat, fevralın 1-nə isə 18 milyard 020.3 milyon manat təşkil edib.
Martın 1-nə olan məlumata görə, göstəricilər artaraq 20 milyard 137.7 milyon manat təşkil etsə də, bundan sonrakı dövrdə bank və BOKT-lar tərəfindən iqtisadiyyata kredit qoyuluşlarında azalma müşahidə olunub.
Qeyd olunduğu kimi azalma tendensiyası aprel ayının yekunlarında da özünü göstərib.
Ülviyyə R. Əli
www.oxu.az