Bu ilin oktyabr ayında İran nümayəndə heyəti Azərbaycana səfər edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin İqtisadiyyat və Sənaye Naziri Şahin Mustafayev ilə görüşündə bildirib.

Bundan başqa, görüşdə, bu ilin avqustda Azərbaycan nümayəndə heyətinin İrana səfəri çərçivəsində müzakirə edilən məsələlərin icrası, bu ilin sonunda Azərbaycan nümayəndə heyətinin İrana nəzərdə tutulan səfərləri müzakirə edilib.
Həmçinin səfir Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının növbəti - 10-cu iclasının Tehranda keçirilməsini təklif edib.
Ülviyyə R. Əli
www.oxu.az