İranın Milli Neft şirkəti (NİOC) bütün yataqlarda neft hasilatının artırılmasına dair göstəriş aldığını bəyan edib, Reuter agentliyi İranın “Shargh” qəzetinə istinadən bildirib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, daha öncə İran Milli Neft şirkəti NİOC-un beynəlxalq əlaqələr üzrə direktoru Mohsen Kamsari bəyan edib ki, İran sanksiyaların ləğv edilməsindən sonra neft ixracını maksimum həddə çatdırmağa, eləcə də Avropa bazarında öz payını 42-43%-ə çatdırmağa çalışacaq.
Qəzet xəbər verir ki, əgər bazarda tələbat olarsa, şirkət perspektivdə sutkada 4 milyon barel neft hasil edə bilər.
Bu, ölkənin qərb ölkələri ona sanksiyalar tətbiq etməmişdən öncə əldə etdiyi hasilat səviyyəsidir.