ABŞ tərəfindən Əfqanıstanda aparılan hərbi əməliyyatların hər saatı ölkəyə 4 milyon dollara başa gəlir, bu barədə National Priorities Project təşkilatının araşdırmasında deyilir.
Press TV telekanalının məlumatına müvafiq olaraq, regiondan amerikan qoşunlarının əsas hissəsinin çıxardılmasına baxmayaraq, Əfqanıstanda hərbi hərəkatın xərcləri Pentaqon üçün mühüm məna kəsb edir.
Oxu.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
2001-ci ildən indiyə qədər ABŞ Əfqanıstanda hərbi əməliyyatların maliyyələşdirilməsinə 715 milyard dollara yaxın pul xərcləyib, bura 2015-ci ilin əvvəlindən xərclənmiş 35 milyard da daxildir.
Tədqiqatın məlumatına əsasən bu məbləğə gələcək xərclər, eləcə də hərbi əməliyyatlar zamanı zərərçəkən əsgərlərin müalicəsi və reabilitasiyası daxil deyil.
Telekanalın məlumatına müvafiq olaraq, Əfqanıstana bir əsgərin bir illik müddətə göndərilməsi ölkəyə bir milyon dollara başa gəlir, bu isə 2006-cı ildə aparılan tədqiqatın hesablamalarından 2 dəfə artıqdır.
Harvarddan olan iqtisadçı Linda Bilms İraq və Əfqanıstanda müharibələri “ABŞ tarixində ən bahalı müharibələr” adlandırıb.