Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
![KİV: AZAL qiymətləri endirdi](https://images.oxu.az/2015/07/15/16/12/34/303/azal5:1200.jpg)
KİV: AZAL qiymətləri endirdi
AZAL təyyarə biletlərinin qiymətlərini azaldıb.
Oxu.Az xəbər verir ki, bu haqda AzNews.az xəbər yayıb.
Turizm şirkətlərindən sayta daxil olan məlumata görə, prezidentin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda AZAL-da qiymətlərin bahalılığı ilə bağlı tənqidlərindən sonra şirkət qiymətləri aşağı salıb.
Belə ki, Azərbaycanda yerləşən turizm şirkətlərinə AZAL-dan bununla bağlı müvafiq məktub göndərilib. Məktubda Bakı-İstanbul reysinin 90 manat olması ilə bağlı göstəriş yer alıb.
Qərarın nə vaxt qüvvəyə minəcəyi isə hələ ki dəqiq deyil.
Qeyd edək ki, AZAL-ın vitse-prezidenti Sabir İlyasov KİV-də yayılmış məlumatlara münasibət bildirərək Fins.az-a deyib ki, bu məsələdə hələ ki, konkret yenilik yoxdur:
“Hazırda biletlərin ucuzlaşdırılması ilə bağlı məsələ müzakirə olunur”.
"Azərbaycan Hava Yolları QSC (AZAL)" teqi üzrə xəbərlər
- AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası
- "Soyuq müharibə"nin qalıqları - USAID və "Rus evi"nin ifşası
- Hökumə Əliyevanın əşyaları Tarix Muzeyinə verildi
- AZAL təyyarəsinin qəzasında xəsarət alanların SON DURUMU açıqlandı
- Rusiyada miqrantlara qarşı yeni qaydalar qüvvəyə mindi - Xəbərlərin 20:00 buraxılışı