İranın neft naziri Bijan Namdar Zanaqa bildirib ki, ölkəsi neft hasilatını gündəlik 4 milyon barel hasilat həddinə çatdıqdan sonra donduracaq, Oxu.Az RNS-ə istinadən xəbər verir.
“Mən artıq neft hasilatının dondurulması ilə bağlı nəzər nöqtəmi açıqlamışam və indi də deyirəm ki, sutkada 4 milyon barel həddinə çatana kimi bizi rahat buraxmalıdırlar”, - deyə, Zanqana bildirib.
Onun sözlərinə görə, bu hasilat səviyyəsinə çatdıqdan sonra İran Rusiya və Səudiyyə Ərəbistanı ilə əməkdaşlığa başlayacaq.