İranın neft ixracını və hasilatını artırmaq xəbəri gözlənilməz deyil. İran neft hasilatını artırmaq üçün hazırlıqlara başlayıb.
Oxu.Az Anadolu agentliyinə istinadən xəbər verir ki, bu sözləri İranın Neft Nazirliyinin Xəzər neft və qaz işləri üzrə sabiq icraçı direktoru Mahmud Kaqani bildirib.
O qeyd edib ki, neft qiymətlərinin dəyişməsinin İran ilə əlaqəsi yoxdur:
“Neftin qiymətlərinin artıb və azalmasının İran ilə əlaqəsi yoxdur. Bu daha çox ABŞ-ın maliyyə-pul siyasəti ilə əlaqədardır. İranın prezidenti Həsən Ruhaninin neft hasilatını və ixracını artırmaq yönümündəki açıqlamaları hasilatın və satışın sanksiyalardan əvvəlki səviyyədə olacağı anlamına gəlir”.
O həmçinin bildirib ki, İran enerji daşıyıcılarının mübadiləsində maraqlıdır. Bu mübadilənin qonşu ölkələr ilə olması çox önəmlidir:
“Məsələn, Azərbaycana neft satıb, əvəzində qaz ala bilər. İran Energetika Nazirliyi Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstanla enerji mübadiləsi məsələsində ciddi danışıqlar aparır. İran enerji təhlükəsizliyi üçün enerji mübadiləsinə hazırdır. Enerji iqtisadi tərəqqi və inkişafın lokomotividir”, - deyə sabiq icraçı direktor qeyd edib.
Ülviyyə R. Əli
www.oxu.az