İran Azərbaycan ilə dünya bazarlarına qaz tədarükü məsələsinə dair danışıqların başladığını bəyan edib.
Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir.
İSNA agentliyinin xəbər verdiyi kimi bu, Tehranın Avropaya qazın boru kəmər vasitəsilə çatdırılması planına qayıtması demək ola bilər.
Agentlik İranın milli qaz şirkətinin icraçı direktoru Əlirza Kamelininin, şirkətin bu problem üzrə Azərbaycanın dövlət neft şirkəti ilə ciddi danışıqlara başlaması barədə sözlərindən sitat gətirib.
“Tehran və Bakı qaz ixracı layihəsində müştərək sərmayələrə dair danışıqlar aparıblar, - Kameli bildirib. – Eyni zamanda, İran yaxın üç il ərzində qaz hasilatını artırmağı planlayır”.
İSNA qeyd edir ki, nəhəng qaz ehtiyatları İrana Avropaya əsas qaz təchizatçılarından olmaq imkanını çoxdan verir.