2015-ci ilin mayın 24-də 24 saat ərzində Azərbaycan dilində yeni kanalın fəaliyyətə başlaması və bu kanalın Azərbaycanın ilk telekommunikasiya peyki “Azərspace-1” üzərindən yayımlanması arzuolunandır.
Oxu.Az Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən xəbər verir ki, bu sözləri İran İslam Respublikasının Radio və Televiziya Təşkilatının xarici yayım üzrə sədr müavini Məhəmməd Əxgəri rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov görüşü zamanı bildirib.
Daha sonra görüşdə radio-televiziya yayımı sahəsində mövcud münasibətlər, o cümlədən analoq yayımın tamamilə dayandırılaraq tərəflərin rəqəmli yayıma keçidi və s. məsələlər müzakirə olunub, qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.
Ülviyyə R. Əli
www.oxu.az