Misirin sabiq prezidenti Hüsnü Mübarək rüşvətxorluq üzrə işin şənbə günü oxunmuş hökmünə baxmayaraq azadlığa buraxılıb, istintaq təcridxanasında olduğu müddət cəza müddətindən sayılıb.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə çərşənbə günü Misirin penitensiar idarəsinin rəhbəri Həsən Suhaqi bəyan edib.
“Baş prokurorluq istintaq təcridxanasında keçirdiyi zaman cəza müddətindən sayıldıqdan sonra, bizə sabiq prezidentin öz cəzasını tam çəkdiyini bəyan edib”, - “Əl-Əhram” qəzetinin portalı bildirib.