Misirin paytaxtı Qahirənin cənubunda sərnişin qatarlarının toqquşması nəticəsində azı dörd nəfər həlak olub, daha 88 nəfər xəsarət alıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Misirin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu gün səhər saatlarında Giza şəhərindən Fəyyuma gedən qatar Qahirədən Asuana hərəkət edən digər qatarla toqquşub.
Hadisə nəticəsində bir neçə vaqon relsdən çıxıb. Qəza ilə bağlı araşdırma aparılır.
Qaynar xətt:
(055) 224 12 12