Beynəlxalq Arbitraj Məhkəməsi Türkiyənin İrandan idxal etdiyi təbii qazın qiymətinin 10-15% faiz aşağı salınması barədə qərar qəbul edib.
Oxu.Az Hüriyyet-ə istinadən xəbər verir ki, bu barədə İranın “Shana” xəbər agentliyi məlumat yayıb.
“Shana” yazıb ki, bu ölkənin qaz şirkətinin direktoru Həmidrza Araqi bildirib ki,Tükriyə arbitraja müraciət edərək 35,5%-lik endirim istəyib. Məhkəmə isə 10-15%-lik endirim barəsində qərar qəbul edib.
Qeyd edək ki, İrandan illik 10 milyard kubmetr təbii qaz alan Türkiyə ayrı-ayrı vaxtlarda İrana qarşı 2 dəfə Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət edib. Müraciətlərdən birində Türkiyənin iddiası təmin edilməyib, digərində isə Türkiyənin Dövlət Neft Şirkəti BOTAŞ 16,5 %-lik güzəşt əldə edib, nəticədə 900 milyon dollardan çox vəsaitə qənaət etməyə nail olub.
Ülviyyə R. Əli
www.oxu.az