Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

İşəgötürənlər qanunvericiliyin ən çox hansı qaydalarını pozurlar? - AÇIQLAMA
"Cari ilin 6 ayı ərazində işəgötürənlərlə bağlı 1241 pozuntu faktı aşkarlanıb. Bu fakt əsasında qanunvericiliyin müvafiq maddəsi ilə hüquqi çərçivədə tədbir görülüb".
Oxu.Az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Dövlət Əmək Müfəttişliyinin rəisinin müavini Nərmin Mirzəyeva deyib.
O bildirib ki, qanun pozuntularının araşdırılması nəticəsində 41 nəfər şəxs öz işinə geri bərpa edilib:
"Sahələr üzrə isə təhlillərin nəticəsinə əsasən, ən çox qanunsuzluq aşkarlanan məsələlər əmək münasibətlərinin qanunvericiliyə uyğun rəsmiləşdirməməklə işə cəlb olunma, son altı ay ərzində işçilərin əməkhaqlarının qanunvericiliyə uyğun ödənilməməsi, onların peşə xəstəlikləri ilə bağlı icbari sığortalarının edilməməsi və əməyin mühafizəsi çərçivəsində işəgötürənin öz öhdəliklərini vaxtlı-vaxtında həyata keçirməməsidir".
Könül Cəfərli
"Dövlət Əmək Müfəttişliyi Xidməti" teqi üzrə xəbərlər
- Ağsuda ekskavatorun aşması ilə bağlı ARAŞDIRMA BAŞLADI
- Dövlət qurumu küləkli hava şəraiti ilə bağlı işəgötürənlərə MÜRACİƏT ETDİ
- Ödənişi gecikdirilmiş işçilərin pulları ödənildi
- Bakıda əmək hüquqlarını pozan tikinti şirkəti cərimələndi
- İcra başçısı təyin olunan şəxsin əvvəlki vəzifəsini kim icra edir?