Prezident İlham Əliyevin “2014-cü ilin Azərbaycan Respublikasında “Sənaye ili” elan edilməsi haqqında” 2014-cü il 10 yanvar tarixli Sərəncamı nəinki iri şəhərlərdə, habelə bölgələrdə iqtisadiyyatın bu sahəsinin sürətli inkişafına güclü təkan verib.
Təsadüfi deyil ki, hazırda İsmayıllı rayonunda inşa edilən velosiped zavodu respublikamızda bu profildə ilk müəssisə olacaq.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, bölgədə diqqəti çəkən iri layihələrdən olan velosiped zavodu rayonun Diyallı bələdiyyəsinin ərazisində ayrılmış 8 hektar sahədə tikilir.
Zavodda 300 nəfər işçi çalışacaq. İstehsal prosesini təşkil edəcək mütəxəssislər İtaliyada iki mərhələdə kurs keçəcəklər. Artıq hər iki mərhələ üçün nəzərdə tutulan sayda kurs keçəcək mütəxəssislərin seçimi aparılır.
Hazırda zavodun tikintisi ilə yanaşı, ərazidə abadlıq işləri aparılır, yaşıllıq zolaqları salınır.