Noyabr ayında Rusiyanın tanınmış aktyorları Azərbaycana gələcək.
Oxu.Az xəbər verir ki, əcnəbi aktyorlar Opera və Balet Teatrının səhnəsində “Сказки старого Арбата” komediyasını canlandıracaqlar.
Tamaşanın rejissoru Olqa Şvedovadır. Həmin tamaşada Rusiyanın tanınmış aktyorları - Dmitri İsayev, İvar Kalnınış, Albert Filozov, Yelena Korikova və A.Smiranin çıxış edəcəklər.
Qeyd edək ki, tamaşa noyabrın 1-i saat 20.00-da Opera və Balet Teatrının səhnəsində nümayiş olunacaq.

Aytən Sadıqzadə
www.oxu.az