İsrail “Leviatan” qaz yatağından əldə etdiyi qazı dünya bazarına çıxartmaq üçün Türkiyə ərazisindən keçən boru kəmərlərindən istifadə edə bilər.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin “Daily Sabah” qəzeti yazıb.
Mənbələrin məlumatına görə, Türkiyə ərazisindən Avropaya qaz nəql edəcək TANAP və Cənub Axını layihələri İsrail qazı üçün həm beynəlxalq, həm də daxili istifadə baxımından səmərəlidir.
Bununla belə, qəzet yazır ki, İsrail tərəfi Türkiyə arasında münasibətlərdə ilk uğur əldə edilmədən bu layihələrə qoşulmaqda narahat ola bilər:
“İsrail çox şey itirə bilər, ona görə, hələlik gözləmək mövqeyi tutur”.
Artıq nəhəng enerji şirkətləri isə düşünür ki, İsrail qazını Avropa çatdırmaq üçün Türkiyə ərazisindən keçən boru kəmərləri həm ucuz həm də, ən yaxşı marşrutdur.
Bundan başqa, qəzet bildirib ki, İsrailin belə addım atmağa sövq edəcək amillərdən biri də neçə gün əvvəl İtaliyanın enerji şirkəti ENİ-nin Misirin ərazisində 850 milyard kub metr həcmdə qaz yatağını kəşf etməsi səbəb ola bilər.
Ülviyyə R. Əli
www.oxu.az