Azərbaycanda maliyyə xidmətləri sahəsində 1600 iş yeri yaradıla bilər.
Oxu.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə deyilir.
Qeyd olunur ki, maliyyə xidmətləri sektorunda prioritetlərin həyata keçirilməsi nəticəsində 2020-ci ildə real ÜDM-in750 milyon manat dəyərində artacağı, maliyyə xidmətləri sektorunda 1600 iş yerinin yaradılacağı proqnozlaşdırılır.
U.A.
www.oxu.az