İstanbulda 70-80 min lirəyə (24-28 min man. –red) mənzil tapmaq mümkündür.
Oxu.Az Anadoluya istinadən xəbər verir ki, bu barədə İstanbul Daşınmaz Əmlak Alqı-Satqısı və Konsultasiya Palatasının direktoru Nizaməddin Aşa bildirib.
Onun sözlərinə görə, İstanbulun mərkəzi nöqtələrində olmasa belə, Esenyurt, Sultanbəyli, Gaziosmanpaşa kimi əyalətlərində qeyd olunan rəqəmə mənzil tapmağın mümkündür.
Aşa İstanbulun mərkəzinə və mərkəzi nöqtələrinə yaxın ərazidə sahəsi 70-80 kv metr mənzillərin qiymətinin 400 min lirə, sahəsi 90-100 kv metr mənzillərin qiymətinin isə 500 min lirə olduğunu qeyd edib.
Bundan başqa, o bildirib ki, səmtinə görə, bu rəqəm 1 milyon lirəyə belə çıxa bilər.
Qiymətlərin ucuz olmasına isə N. Aşa satıcıların bəzi məqamlarda təcili pula ehtiyac duymaları və evlərin sənədlərinin hissəli olması ilə izah edib.
Ülviyyə R. Əli
www.oxu.az