2014-cü ilin yanvar-iyul aylarında istehlak olunması məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 11,8 milyard manatlıq və ya 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,1 faiz çox əmtəə satılıb.
Oxu.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, istehlak mallarının 50,5 faizini qida məhsulları, içkilər və tütün məmulatları, 49,5 faizini qeyri-ərzaq malları təşkil edib, qeyri-ərzaq məhsullarının xüsusi çəkisi 3,3 faiz bəndi artıb.
“Cari ilin yeddi ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar-iyul aylarına nisbətən 10,2 faiz artaraq 1,5 milyon manat təşkil edib. Əhali real vaxt rejimində sifariş verdikləri istehlak mallarının 78,3 faizini hüquqi, 21,7 faizini fərdi sahibkarların ticarət şəbəkələrindən alıb. Elektron ticarət dövriyyəsinin 90,3 faizini qeyri-ərzaq malları təşkil edib”, - məlumatda deyilir.
Gülnarə Zeynalova
www.oxu.az