“Kapital Bank” ASC-nin İdarə Heyətinə yeni sədr müavini təyin olunub.
Bankdan Oxu.Az-a verilən məlumata görə, bu vəzifəyə Bank of Baku-nun İdarə Heyətinin keçmiş sədri Fərid Hüseynov gətirilib.
F.Hüseynov vəzifəsinin icrasına bu gündən başlayıb.
Xatırladaq ki, Bank of Baku-nun aprelin 30-da yaydığı məlumatda Fərid Hüseynovun tutduğu vəzifədən öz xahişi əsasında azad edildiyi və peşəkar fəaliyyətinə digər maliyyə qurumunda davam edəcəyi qeyd olunmuşdu.
Bank of Baku-da Fərid Hüseynovun yerinə Abbas İbrahimov təyin edilib.