Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Aqrar Elm və İnnovasiya Mərkəzinə yeni təyinat olub.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini Vüqar Hüseynov Oxu.Az-a bildirib ki, Tariyel Pənahov Azərbaycanın tanınmış alimlərindən biridir və Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru olub.
Təyinatla bağlı nazir İnam Kərimov əmr imzalayıb.
Qeyd edək ki, T.Pənahov 1953-cü il təvvəllüdlüdür və üzümçülük sahəsində böyük təcrübəyə malikdir.