Hazırda Bakıda kirayə mənzil bazarında qiymət artımı müşahidə edilir.
Oxu.Az-a bu barədə “MBA Consulting Group” konsaltinq şirkətinin direktoru Nüsrət İbrahimov bildirib.
Onun sözlərinə görə, əvvəlki illərin təcrübəsinə istinad etsək, bu mövsümdə də kirayə mənzil bazarında 5-6% artım müşahidə ediləcək.
Neftin ucuzlaşmasının əmlak bazarına təsirindən danışan N.İbrahimov bildirib ki, ucuzlaşma əmlak bazarına 6-8 aydan sonra öz təsirini göstərir:
“Neftin qiyməti ucuzlaşmağa başlayırsa, bu 6-8 ay sonra daşınmaz əmlakın qiymətində öz təsirini göstərir. Yəni, 6-8 ay gecikmə ilə. Mənzil bazarı ilə neft bir-biri ilə sıx bağlıdır”.
“Neft ölkələrinə neftin qiymətinin 2 dəfə enməsi daşınmaz əmlak qiymətinin 20-30% azalmasına gətirib çıxarır. Qeyri-neft ölkələrində isə 5-10% enmələr müşahidə olunur”- deyə, İbrahimov əlavə edib.
Ülviyyə R. Əli
www.oxu.az