Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Kitti van der Heyden: "Rəqəmsal bacarıqlarla bağlı uşaqlara sərmayə qoymaq hazırda vacib məsələdir"
"Yaşıl və rəqəmsal bacarıqlarla bağlı uşaqlara sərmayə qoymaq hazırda çox vacib məsələdir".
Oxu.Az xəbər verir ki, bunu BMT-nin Uşaq Fondunun (UNICEF) Tərəfdaşlıq üzrə icraçı direktorunun müavini Kitti van der Heyden COP29 çərçivəsində təşkil olunmuş "İqlim dayanıqlılığı üçün İnsan İnkişafına dair Bakı Təşəbbüsü" mövzusunda birgə iclasda bildirib.
"Biz "İqlim dayanıqlılığı üçün İnsan İnkişafına dair Bakı Təşəbbüsü" haqqında birgə bəyanatı və bununla bağlı əsas prinsipləri alqışlayırıq. İnsanın inkişafından danışanda ilk növbədə uşaqlardan başlamalı olduğumuzu xüsusilə vurğulamaq istəyirəm. Uşaqlara sərmayə qoymaq təkcə düzgün deyil, həm də çox vacib məsələdir", - o deyib.
"Onlara yaşıl və rəqəmsal bacarıqlar lazımdır. Qaçılmaz olan keçid üçün gənclərin bacarıqlarını artırmaq insan inkişafının vacib hissəsidir. Bu məsələni gündəmə gətirdiyi üçün COP29 Sədrliyinə təşəkkür etmək istərdim", - Heyden əlavə edib.
Məhərrəm Əliyev
"COP29" teqi üzrə xəbərlər
- Prezident İlham Əliyev Davosda Xorvatiyanın baş naziri ilə görüşüb
- Muxtar Babayev: "COP29-un nəticələri bütün dünya ictimaiyyəti üçün böyük uğurdur"
- Azərbaycan rəsmiləri Davosda Rikardo Hausmanla görüşüblər
- Mikayıl Cabbarov Dünya İqtisadi Forumunun sessiyasında iştirak edib
- Sülh və sabitlik hədəfləyən ortaq maraqlar: Azərbaycan və BƏƏ əməkdaşlığı uğurla inkişaf etdirilir