Türkiyənin BOTAŞ şirkəti Dünya Bankı və Avropa İnvestisiya Bankından 2 milyard dollar dəyərində kredit cəlbi üçün danışıqlar aparır.
Oxu.Az Bloomberg-ə istinadən xəbər verir ki, kreditin 1 milyard dollarını Avropa İnvestisiya Bankı və 1 milyard dolları isə Dünya Bankı maliyyələşdirəcək.
Məlumata görə, BOTAŞ əldə etdiyi krediti Trans Anadolu Təbii qaz Boru Xəttinin (TANAP) 1,850 km –lik hissəsini inşası üçün istifadə edəcək.
Qeyd edək ki, 2018-ci ilin ortalarından inşa edilən xətdən Türkiyəyə 6 milyard kub metr qazın nəqli planlaşdırılır. TANAP layihəsi 2020-ci ildən etibarən Avropaya illik 10 milyard kub metr qaz verəcək.
Ülviyyə R. Əli
www.oxu.az