Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

KOBİA rəsmisi: "170 manatlıq məhsulu 30 manata da almaq olar"
"İri şirkətlər üçün marketinq xərclərini ödəmək problem deyil, kiçik şirkətlər üçün bu çətindir. Yerli şirkətlərimiz dünyada məşhur olan şirkətlərdən heç də geridə qalmırlar, sadəcə, təqdimat lazımdır. Belə məsələlərdə isə dövlət öz dəstəyini göstərir".
Oxu.Az xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən 6-cı "Yerli şirkətlərin tanıtım sərgisi"nə həsr olunmuş brifinqdə KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətov deyib.
O qeyd edib ki, yerli brendlərimiz çox potensiallıdır:
"İstəyirik ki, sərgilər vasitəsilə yerli brendlərimiz özlərini tanıtsınlar. İşğaldan azad edilmiş ərazilərimizdə keçirilmiş sərgidə iştirak etmiş bal istehsalçılarımızdan birinin sərgidə məhsulunu tanıtmasından sonra xeyli sifarişlər alması sərgilərin effektiv platforma olduğunu göstərir".
Çox təmiz, keyfiyyətli tekstil məhsullarımız var. Brend olan şirkətlərdən heç də geri qalmırlar, hətta üstündürlər. Sadəcə, brenddir deyə "X" şirkət daha çox satır.
170 manatlıq məhsulu 30 manata da yerli istehsalçıdan almaq olar.
Biz 70-ə yaxın bazar araşdırması aparıb, KOB subyektlərinə təqdim etmişik. Bunun real nəticələrini görə bilərik".
Məhərrəm Əliyev
"Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA)" teqi üzrə xəbərlər
- Bu ilin birinci yarısında KOB evlərində sahibkarlara 260 minə yaxın xidmət göstərilib
- KOBİA-nın təşkilatçılığı ilə Neftçalada yerli sahibkarlarla görüş keçirilib
- KOB subyektlərinin layihələrinin maliyyələşdirilməsi müsabiqəsinin nəticələri açıqlanıb
- 2025-ci ilin birinci yarısında sahibkarlarla 70-ə yaxın sahəvi və maarifləndirici görüşlər keçirilib
- KOB subyektlərinə "Startap" şəhadətnaməsi verilib