2015-ci ilin birinci rübündə iribuynuzlu mal-qaranın baş sayı 0,2% artaraq 2701,9 min, qoyun və keçilərin sayı 1,6% artaraq 8784,4 min başa çatıb. Bu dövrdə diri çəkidə ət istehsalı 2,5% artaraq 109,8 min ton, süd istehsalı 4,3% artaraq 426,9 min ton, yumurta istehsalı 5,1% artaraq 390,1 milyon ədəd olub.
Bu barədə Oxu.Az-a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Komitənin məlumatına görə, cari ilin üç ayında tarlalardan 13,0 min ton və ya keçən ilin müvafiq dövründəkindən 9,8% çox tərəvəz toplanılıb. Beləliklə, keçən ilin birinci rübü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 3,4%, o cümlədən bitkiçilik məhsulları istehsalı 5,9%, heyvandarlıq məhsulları istehsalı 3,3% artıb.