Mərkəzi Bank depozit və əmanətlər üzrə orta faiz dərəcəsini açıqlayıb.
Belə ki, bankdan Oxu.Az-a verilən məlumata görə, 2015-ci il martın 1-nə, bankların cəlb etdiyi depozit və əmanətlər üzrə orta faiz dərəcəsi milli valyuta, yəni manatla 8.95%, xarici valyuta ilə isə 8.73% təşkil edib.
Qeyd edək ki, hüquqi şəxslər üçün nəzərdə tutulmuş depozit və əmanətlər üzrə orta faiz dərəcəsi milli valyuta, yəni manatla 5.78%, xarici valyuta ilə isə 4.34% təşkil edib. Fiziki şəxslər üçün nəzərdə tutulmuş depozit və əmanətlər üzrə orta faiz dərəcəsi isə milli valyuta ilə 9.64%, xarici valyuta ilə isə, 9.57% təşkil edib.