Azərbaycanda fəaliyyət göstərən kommersiya bankların məcmu xarici öhdəliklərinin həcmi son bir ildə 2,4 dəfə azalaraq 2017-ci ilin noyabr ayının 1-nə 2550.3 2 mln. manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankından Oxu.Az-a verilən məlumata görə, bu ilin əvvəli ilə müqayisədə noyabrda bankların xarici borclanması 5 mlrd. 521 mln. manat azalıb.
Qeyd edək ki, bankların məcmu xarici aktivlərinin həcmi 2017-ci ilin noyabrın 1-nə 5565.9 milyon manat olub. Bankların xalis xarici aktivləri 2853.9 milyon manat təşkil edib.
Xalis xarici aktivlərdəki dəyişikliklər "Azərbaycan Beynəlxalq Bankı" ASC-də aparılan sağlamlaşdırma tədbirləri ilə əlaqədardır.
L.Ə