Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici öhdəliklərinin həcmi bəlli olub.
Oxu.Az Mərkəzi Banka (AMB) istinadən xəbər verir ki, bankların xarici öhdəliklərinin ümumi məbləği may ayının 1-nə 7,1 mlrd. manat təşkil edib. Bu, aprelin 1-i ilə müqayisədə 212 mln. manat və yaxud 2,9% azdır.
Son 1 ildə isə bankların xarici öhdəlikləri 350 mln. manat və yaxud 5,2% artıb.
L.Ə.