Bazara çıxarılan kommersiya obyektlərinin sayı aprel ayı ərzində 2.8% azalaraq 182 ədəddən 177 ədədə çatıb.
Bu barədə Oxu.Az-a daşınmaz əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov bildirib.
Onun sözlərinə görə, kommеrsiya məqsədilə istifadə еdilən əmlakın orta satış və icarə qiymətlərində də azalma müşahidə olunub:
“Bakı şəhəri üzrə kommеrsiya məqsədilə istifadə еdilən əmlakın orta satış və icarə qiymətlərində müvafiq olaraq -3.47% və -3.83% qiymət azalması qеydə alınıb. Bazarda qiymətlərin və tələbin qeyri-stabil olması ekspozisiya müddətinin artımına təsir göstərməyib.
Ekspozisiya müddəti 188 gündən artaraq 199 gün bəndində qərarlaşıb. Ötən illə müqayisədə Bakı şəhəri üzrə qiymət indеksində azalma -16.9%, ötən ayla müqayisədə isə qiymət indеksində azalma -3.4% olub” - deyə, şirkət rəhbəri bildirib.
Ülviyyə R. Əli
www.oxu.az