Azərbaycanda kreditorların hüquqlarının qorunması məqsədi ilə qanuna ehtiyac var.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev deyib.
Bundan başqa, onun sözlərinə görə, ölkədə bankların verdiyi kreditlərə zəmanət fondu da yaradılmalıdır: “Bu fond kreditlərin illik faiz dərəcələri ilə bağlı məsuliyyətin bir hissəsini üzərinə götürməlidir. Hazırda banklar manatda 15%-lə əmanət cəlb edir, risklər nəzərə alınmaqla kreditlərin maya dəyəri 24-25%-ə çatır. Bu cür yüksək faizlə kiçik və orta biznesə kedit vermək çətindir, odur ki, zəmanət fonduna ehtiyac var”.
L.Ə.
www.oxu.az