Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Leyla Mahmudova: "Yaşıl Zona üçün biletləri pulsuz əldə etmək mümkün olacaq"
"Yaşıl Zonanın ümumi ərazisi 37 500 kvadratmetrdir. Burada 56 ədəd pavilyon fəaliyyət göstərəcək. Həm xarici, həm yerli şirkətlərə, eləcə də dövlət sektoruna məxsus layihə stendləri təqdim olunacaq. Layihələr iqlim dəyişikliyi ilə bağlı mövzuları əhatə edəcək".
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında COP29 Tərəfdaşlarla əlaqələr sektorunun müdiri Leyla Mahmudova deyib.
L.Mahmudova bildirib ki, Yaşıl Zonada dörd ədəd 200 nəfərlik konfrans zalı fəaliyyət göstərəcək:
"İkitərəfli görüşlər üçünsə 18 otaq nəzərdə tutulub. Bundan əlavə, üç min nəfərlik yemək zonası olacaq. Burada, həmçinin, "Extreme Hangout" zonası da yaradılacaq.
Yaşıl Zona 11 noyabrdan fəaliyyətə başlayır və ictimaiyyətə açıq ərazi olacaq. Yaşıl Zonaya daxil olmaq üçün biletləri "i-Tickets" platformasından əldə etmək mümkün olacaq. Biletlər pulsuzdur".
Şəhriyar Səmədov
"COP29" teqi üzrə xəbərlər
- Ceyhun Bayramov Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının baş direktoru ilə görüşüb
- Azərbaycan və Fransa: Parisin siyasəti Qafqazda Qərb üçün maneə kimi
- Ülviyyə Qarayeva: "Guya geri qaytarılan vəsaitdən agentlik işçilərinə mükafat yazılır"
- Əli Əsədov AZAL təyyarəsinin qəzasının araşdırılmasında köməyə görə Oljas Bektenova təşəkkür edib
- COP29 sədrliyinin "İqlim və Sülh" gündəliyinin icrasına start verilib