Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Mask "X"in rekord sayda ziyarətçisi olduğunu bildirib
Dünyanın ən varlı insanlarından biri olan İlon Maskın "X" sosial şəbəkəsi rekord sayda ziyarətçi qeydə alıb.
Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir.
"Bu, platformanın ("X" sosial şəbəkəsi - red.) istifadəsində tarixi maksimumdur", - Mask "X"də yazıb.
O, noyabrın 6-da ABŞ-də ümumi seçkinin keçirilməsi fonunda "X"in rekord sayda aktiv istifadəçi qeydə aldığını bildirib.
Mask 2024-cü ilin iyulundan prezident seçkisində qalib gələcəyi təqdirdə sahibkara hökumətin səmərəliliyi üzrə komissiyaya rəhbərlik etməyi təklif etməyi planlaşdıran Donald Trampı fəal şəkildə dəstəkləyib. Bu komissiya dələduzluq və səmərəsizliyin aradan qaldırılması məqsədilə federal hökumətin audit və islahatı ilə məşğul olacaq. Mask bu təklifi qəbul etməyə hazır olduğunu bildirib.
Noyabrın 5-də Birləşmiş Ştatlarda növbəti ümumi seçki keçirilib. Bu seçkidə prezident, Senatın üçdəbiri və ABŞ Konqresinin Nümayəndələr Palatasının bütün üzvləri, həmçinin 11 ştat və 2 ərazinin qubernatorları seçilib. Prezident seçkisində respublikaçı Tramp qalib gəlib.
"İlon Mask" teqi üzrə xəbərlər
- İlon Mask: "Kanada saxta ölkədir"
- Maskın Trampın ofisini "bir-birinə qatan" oğlunun anası: "Mən ancaq xahiş edə bilərəm"
- Maskın Kanada vətəndaşlığından məhrum edilməsi üzrə petisiya başlayıb
- "Tesla" avtosalonu atəşə tutuldu: Cinayətkarlar İlon Maska təhdid mesajı qoydu
- Mask Zelenskini amerikalı jurnalisti öldürməkdə ittiham etdi