Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Lisenziyası ləğv edilən “Azərsığorta” kreditorlarına çağırış etdi - YENİLƏNİB
Ləğv prosesində olan “Azərsığorta” ASC-nin kreditorları bu il aprelin 16-na qədər tələblərinin ödənilməsi üçün şirkətin baş ofisinə (Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, 31 ünvanına) müraciət etməlidirlər.
Bu barədə “Report”un sorğusuna cavab olaraq səhmdar cəmiyyətindən bildirilib.
Məlumata görə, bu zaman kreditorların yazılı müraciəti (tələbin məzmunu və məbləği göstərilməklə) təqdim olunmalıdır.
09:26
Azərbaycan Mərkəzi Bankı (AMB) “Azərsığorta” ASC-nin lisenziyasını ləğv edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Xatırladaq ki, Prezident İlham Əliyev yanvarın 31-də Dövlət Sığorta Kommersiya Şirkətinin və “Azərsığorta”nın fəaliyyətinin təşkili haqqında” 16 iyul 2022-ci il tarixli fərmanının ləğv edilməsi barədə fərman imzalayıb. Fərman əsasında AMB-nin İdarə Heyətinin 14 fevral 2024-cü il tarixli qərarı ilə səhmdar cəmiyyətinə sığorta fəaliyyətinə verilmiş 14 oktyabr 2009-cu il tarixli, 000270 nömrəli lisenziya ləğv olunub.
Həmçinin Baş nazir Əli Əsədovun imzaladığı sərəncamla fevralın 12-də “Azərsığorta”nın ləğvi üçün ləğvetmə komissiyası yaradılıb.
"Əli Əsədov" teqi üzrə xəbərlər
- Daşaltı Dövlət Təbiət Yasaqlığının sanitariya-mühafizə zonası təsdiqlənib
- Baş nazirdən xüsusi hərbi ixtisaslar üzrə təhsil müəssisələri ilə bağlı QƏRAR
- Bələdiyyələrin birləşməsi ilə bağlı komissiyalar yaradılacaq
- Müəllif qonorarlarının və digər haqların ödənilməsi ilə bağlı yeni qaydalar təsdiqlənib
- Elmi dərəcəsi olanların maaşlarına əlavələr ödəniləcək - QƏRAR