Rusiyanın ikinci böyük neft şirkəti “Lukoyl”un xam neft hasilatı ilk dəfə 100 milyon tonu keçib.
Oxu.Az xəbər verir ki, bu barədə şirkətin məlumatında bildirilib.
“Lukoyl”un hasilatı 2014-cü illə müqayisədə cari ildə 4,5% artaraq 100 milyon tonu keçib”, - deyə məlumatda qeyd edilib.
Şirkət 2014-cü ildə hasilatı 7% artıraraq 97,2 milyon tona çatdırıb. Bu hasilatın 86,3 milyon tonu Rusiyada həyata keçirilib.
Qeyd edək ki, 2016-cı ildə “Lukoyl”un Rusiyada xam neft hasilatının 84 milyon ton olması proqnozlaşdırılır.
Ülviyyə R. Əli
www.oxu.az